Pentaqon təsdiqləyirdi, İsrail isə vururdu - KİV

 

ABŞ İsraillə birgə Suriyada bir çox hava hücumlarını gizli şəkildə koordinasiya edib. İsrail qırıcıları da əsasən, İrana məxsus hədəfləri bombardman edirdi.

Demokratikmusavat.com Axar.az-a istinadən xəbər verir ki, bu barədə “Voll Strit” jurnalı yazıb.

“Bu günə qədər ABŞ rəsmiləri İsrailin Suriyadakı bombardmanları haqqında çox az danışıblar. Sözügedən hücumların məqsədi Tehran rəhbərliyinin Aralıq dənizi sahilindəki qolu olan Livan “Hizbullah”ına müasir silah axınını dayandırmaq, həmçinin, İranın Suriyadakı hərbi qüvvələrini və digər muzdlularının sayını azaltmaq olub. Bu günə qədər keçirilən yüzlərlə hava hücumunun bir çoxu ABŞ Mərkəzi Komandanlığı və Pentaqon tərəfindən nəzərdən keçirilərək təsdiqlənib. İlk dəfə ortaya çıxan bu koordinasiyalar ABŞ-ın İsraillə İran arasındakı gərginliyə qarışmaq istəmədiyi üçün gizli həyata keçirilib”, - nəşr yazıb.

0.16293406486511