SEPAH generalı Qasım Süleymani 500 amerikalını öldürməyi planlaşdırdığı üşün öldürüldü
“Demokratikmusavat.com ” xəbər verir ki, ABŞ-ın sabiq Dövlət katibi Mayk Pompeo “Əl Ərəbiyyə” telekanalına müsahibəsində ABŞ-ın iranlı general Qasım Süeleymaninin öldürülməsindən danışıb.
“Süleymani 500 amerikalının öldürülməsini planlaşdıranlar arasında idi. ABŞ administrasiyası da bu sui-qəsd planının qarşısını almaq üçün Süleymanini öldürdü”-Pompeo bildirib.
O əlavə edib ki, ABŞ administrasiyası Süleymanini öldürərsə, bu vəziyyətin müharibəyə səbəb olacağı barədə xəbərdarlıqlar da alıb.
Sabiq Dövlət katibi Pompeo Vaşiqntonun Qüds Qüvvələrinin və onun generalı Süleymaninin hərəkətləri və fəaliyyəti tam izlənildikdən sonra ABŞ prezidenti tərəfindən onun öldürülməsi qərarı verdiyini bildirib.
Mürtəza
Demokratikmusavat.com