Satışa etirazlar Pentaqonun Müdafiə Texnologiyaları Təhlükəsizliyi İdarəsi tərəfindən daha dərin araşdırma zamanı edilib.
“Demokratikmusavat.com ” “reuters”ə istinadən xəbər verir ki, ABŞ ukraynaya 4 ədəd MQ-1C Grey Eagle hücum dronlarının satışını onun mürəkkəb müşahidə avadanlığının Rusiyanın əlinə keçəcəyi qorxusu səbəbi ilə dayandırıb.
Qeyd olunur ki, satışa etirazlar yüksək dəyərli texnologiyaların düşməndən qorunması ilə məşğul olan Pentaqonun Müdafiə Texnologiyaları Təhlükəsizliyi İdarəsi tərəfindən daha dərin araşdırma zamanı qaldırılıb.
Xüsusilə, ABŞ bu pilotsuz təyyarələrdəki radar və müşahidə avadanlığının Rusiyanın əlinə keçəcəyi təqdirdə ABŞ-ın təhlükəsizliyinə təhlükə yarada biləcəyindən ehtiyat edir.
“Reuters”in mənbələrinin məlumatına görə, ilkin baxış zamanı bu bənd nəzərə alınmayıb, lakin keçən həftənin sonunda Pentaqonda keçirilən görüşlərdə bu məsələ yenidən gündəmə gətirilməyə başlayıb.
Mürtəza
Demokratikmusavat.com