Ukrayna ordusu rus ordusunu bir neçə istiqamətdə darmadağın edib

 

Hazırda döyüşlər üç istiqamətdə davam edir

Demokratikmusavat.com ” xəbər verir ki, Ukrayna hərbçiləri Rusiyanın 11-ci xüsusi motoatıcı alayının bölmələrini məğlub edib və nəticədə rus ordusu döyüş bölgəsini tərk etmək məcburiyyətində qalıb.

 Rus ordusu əsasən Severodonetsk, Baxmut və Slavyansk istiqamətindən qoşunlarımızın mövqeləri və mülki infrastruktur obyektlərini top artilleriyasından və çoxsaylı reaktiv yaylım atəş sistemlərindən atəşə tutmaqda davam edir. Severodonetsk uğrunda döyüşlər davam edir. 
“Qornı, Berestovye və Kodema yaxınlığında ukraynalı müdafiəçilər düşmənə itki veriblər. İşğalçılar geri çəkilməyə məcbur olublar”, - Baş Qərargahdan bildirilib.
 qeyd edib.

Rus ordusu canlı qüvvə və texnika itkiləri verməkdə davam edir. Baş Qərargahın məlumatına görə, son sutka ərzində Müdafiə Qüvvələrinin bölmələri düşmənin azı 30 ədəd müxtəlif texnikası və silahını məhv edib.

Mürtəza
Demokratikmusavat.com

0.13415694236755