“Tesla” və “SpaceX”in baş direktoru İlon Mask 2024-cü ildə keçiriləcək prezident seçkilərində dəstəkləyəcəyi şəxsin adını açıqlayıb.
“Demokratikmusavat.com ” xəbər verir ki, İlon Mask bu mövzuda bir tviter istifadəçisinin sualına cavab verən zaman yazıb.
Belə ki, o, Respublikaçı Florida qubernatoru Ron DeSantisi dəstəkləyə biləcəyini ifadə edərək, 2022-ci ilin noyabrında keçiriləcək ara seçkilərdə Respublikaçıların böyük qələbə qazanacağına diqqət çəkib.
“Mayra Floresə səs verməklə mən həyatımda ilk dəfə Respublikaçıya səs verdim. 2022-ci ildə böyük bir qırmızı (Respublika) dalğası gəlir”, - o deyib.