Fransanın 12 departamentində istilər səbəbindən yüksək təbii təhlükə səviyyəsi elan olunub.
“Demokratikmusavat.com ” xəbər verir ki, bu barədə Fransanın Baş naziri Elizabet Börn özünün tviter səhifəsində yazıb.
“On iki departamentdə yüksək temperatura görə qırmızı təhlükə səviyyəsi elan edilib. Ayıq-sayıq olun, su için, sərin binalarda qalın, yaxınlarınızla əlaqə saxlayın”, - deyə Baş nazir tövsiyə edib.
BFM telekanalı öz növbəsində dəqiqləşdirib ki, qırmızı zonaya ölkənin qərb və cənub-qərb departamentləri düşüb. Fransada yayın əvvəli üçün görünməmiş istilər hökm sürür. Bir sıra rayonlarda havanın temperaturu 40 dərəcəni ötüb.