“Ölkəmizin hava məkanını pozan, əsas ərazimiz üzərində uçuşlar həyata keçirən və təyyarələrimizi sıxışdıran tərəfin Yunanıstan olmasına baxmayaraq, Almaniya XİN sözçüsü tərəfindən ölkəmizə qarşı əsassız ittihamlar irəli sürülməsi qəbuledilməzdir”.
Demokratikmusavat.com xəbər verir ki, bu barədə Türkiyə xarici işlər nazirliyinin sözçüsü Tanju Bilgiç almaniyalı həmkarı Kristian Vaqnerin müvafiq açıqlaması ilə bağlı deyib.
Bilgiç Vaqnerin “Türkiyənin Yunanıstan hava məkanını pozması narahatlıq doğurur” açıqlaması ilə bağlı sualı yazılı cavablandırıb:
“Almaniya sözçüsünə xatırlatmaq istərdik ki, Türkiyə NATO tərəfindən keçirilən Etimad Artıran Tədbirlər toplantılarına edilən dəvətlərə baxmayaraq, bir ildir ki, cavab verməyən və Egeydəki son gərginliyi bəhanə edərək, bu görüşləri dondurduğunu bəyan edən tərəf deyil.
Dialoq və gərginliyin azaldılması üçün səy göstərdiyini iddia edən Almaniyanı bir daha iki müttəfiq arasındakı mübahisələrdə tərəf tutmamağa, digər ölkələrin qanunsuzluğuna alət olmamağa, eyni zamanda, səlahiyyəti və məsuliyyəti olmayan sahələr və məsələlərlə bağlı qərəzli şərhlər verməməyə dəvət edirik”.