Ermənistanda rusiyalı bloger həbs edildi

 

Bu gün rusiyalı bloger Tanya Şukinanın sosial şəbəkələrdə yayılan paylaşımı bütün internetdə səs-küyə səbəb olub.

Demokratikmusavat.com ” xəbər verir ki, Şukinanın sözlərinə görə, Rusiyanın sifarişi ilə mənim rəfiqəm Svetanı və sevgilim Mişanı İrəvanda saxlayıblar.

“Özüm isə şəhərin kənarında gizlənirəm. Məni Rusiyaya təhvil versələr, orada məni Putini tənqid etdiyimə və müharibə əleyhinə çıxdığıma görə ya həbs, ya da ölüm gözləyir. Yardım edin”- Şukina yazıb.

Polisdən “hraparak”a verilən məlumata görə, başlanmış cinayət işi çərçivəsində nəşrdə adı çəkilən şəxslər Erebuni Polis İdarəsinə gətirilərək ibtidai istintaq orqanına təhvil verilib.

Mürtəza
Demokratikmusavat.com

0.17231202125549