Rusiyalı politoloq: “ATƏT MQ həmsədrlər səviyyəsində fəaliyyətini dayandırıb”

 

Qərb Ermənistan-Azərbaycan nizamlanması prosesi çərçivəsində Rusiya ilə əməkdaşlığı dayandırıb. 

Demokratikmusavat.com ” xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markedonov deyib. Ekspertin fikrincə, Qarabağ prosesi postsovet məkanındakı digər münaqişələrdən hər zaman fərqli olub.

“Rusiya və Qərb digər problemli mövzulardan fərqli olaraq Qarabağ məsələsində qarşılıqlı anlaşma şəraitində fəaliyyət göstəriblər. Lakin bu gün biz bu məntiqdə dəyişiklik görürük. ATƏT-in Minsk Qrupu həmsədrlər səviyyəsində fəaliyyətini dayandırıb. Qərb Rusiya ilə işləmək istəmir. Bir çox istiqamətlərdə stiqmatizm mövcuddur. Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi üçün yeni formatın - Brüssel formatının formalaşdığını görmək olar”, - deyə Markedonov Avropa İttifaqı Şurası rəhbərinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderlərinin görüşünə eyham vuraraq bildirib.

Mürtəza
Demokratikmusavat.com

0.18118715286255