2021-ci ildə ödəniş kartları vasitəsilə təmassız əməliyyatların həcmi 2,6 milyard mana olub.
Demokratikmusavat.com xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının Milli ödəniş sisteminin inkişafı və nəzarəti şöbəsinin baş mütəxəssisi Rəşad Qasımov deyib. O bildirib ki, cari ilin 5 ayında pos terminallar vasitəsilə qəbul edilən ödənişlərin 88%-i təmassız vasitələrlə qəbul olunub.
"Burada innovativ həllərin təsiri də böyükdür. Ötən ildən Azərbaycanda "Apple pay" ödəniş həllinin istifadəyə verilməsi, smart saat və qacetlərlə ödənişlərin təmassız formada qəbul edilməsi və bu kimi yeniliklər bu sahəyə marağı artırır.
"Eləcə də, mobil bankçılıq və internet bankçılıq üzrə əməliyyatların da həcmi artır. 2021-ci ildə cari hesablardan aparılan əməliyyatların 73%-i elektron bankçılığın payına düşür", - deyə R. Qasımov əlavə edib.
Şahnaz
Demokratikmusavat.com