“Bu, Moskvaya və dünyanın bir çox ölkələrinə açıq mesajdır. Biz ABŞ olaraq Finlandiya və İsveçin alyansa qoşulmağını açıq şəkildə dəstəkləyirik. İnanırıq ki, onların təkcə hərbi imkanları deyil, həm də ortaq dəyərləri müttəfiqliyi gücləndirəcək”.
“Demokratikmusavat.com ” xəbər verir ki, bunu ABŞ-ın NATO-dakı daimi nümayəndəsi səfir Culian Smit bəyan edib.
Jurnalistin “Sizcə Türkiyənin İsveç və Finlandiyanın üzvlüyünü ən azı 1 il gözləmək qərarı həm NATO, həm də ABŞ üçün problemdirmi?” sualını cavablandıran Smit üzvlük məsələsinin həftələr və ya aylar ərzində həll olunacağına ümid etdiyini bildirib.
Amerikalı diplomat Finlandiya və İsveçin NATO-ya üzvülüyünün zəruriliyini qeyd edərək bildirib ki, bu məsələni mümkün qədər tez bir zamanda irəli aparmaq bizim xeyrimizədir: “Bununla belə, bu mövzuda Türkiyənin dilə gətirdiyi natahatlıqları da birlikdə çalışıb, həll etmək marağımızdadır”.
Mürtəza
Demokratikmusavat.com