"Danışıqlar prosesinin bütün tarixi boyu Robert Koçaryan və Serj Sarqsyan (Ermənistanın keçmiş prezidentləri-red.) Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu etiraf ediblər, ya da "Qarabağ Azərbaycanın bir hissəsi olmayacaq" prinsipini rəhbər tutmayıblar".
Demokratikmusavat.com "ın məlumatına görə, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan iyunun 15-də parlamentdəki çıxışında bildirib.
O, sübut olaraq 1998-ci ildə R.Koçaryanın ATƏT-in o vaxtkı Minsk qrupuna "vahid dövlət" əsasında danışıqlar aparmağa razılıq verməsini göstərib.
Baş nazirin sözlərinə görə, həmin sənəddə Qarabağ sakinlərinin pasportunda Azərbaycan vətəndaşlıqlarına dair xüsusi qeyd olacağı da öz əksini tapmışdı.