Türkiyənin təşəbbüsü ilə "qırmızı xətt" yaradıldı - Bu Rusiya və Ukraynaya nə verəcək?

 

Türkiyə Milli Müdafiə Nazirliyi Rusiya ilə Ukrayna arasında müharibənin başlaması ilə başlayan taxıl böhranından çıxmaq üçün “qırmızı xətti”n yaradılması təşəbbüsü ilə çıxış edib.

Üç ölkənin müdafiə idarələrinin nümayəndəsinin daxil olduğu “qırmızı xətt” yaradılıb. Ukrayna və Rusiya nümayəndələri bu kanal vasitəsilə böhranın həlli üçün birbaşa Türkiyə ilə əlaqə saxlaya bilərlər.

Məlumata görə, taxıl daşıyan quru yük gəmiləri Ukrayna limanlarını tərk edə bilmir və bu, dünyanın bir sıra ölkələrində ciddi ərzaq böhranına səbəb olub. Vəziyyəti dəniz minalarının olması və Qara dəniz limanları ərazisində davam edən silahlı toqquşmalar mürəkkəbləşdirir.

Ötən həftə Türkiyənin müdafiə naziri Hulusi Akar rusiyalı və ukraynalı həmkarları ilə telefon danışığı aparıb. Departament rəhbərləri arasında dialoqun məqamlarından biri də taxıl daşıyan quru yük gəmilərinin Ukrayna limanlarından çıxarılması olub.

0.14845299720764