“Bank Respublika” ASC-nin səhmdarlarının pay bölgüsü dəyişib.
“Demokratikmusavat.com ”ın məlumatına görə, Quliyev Natiq Saday oğlunun bankdakı payı 51,15%-dən 67,75%-ə yüksəlib. O, Almaniyanın DEG - İnvestisiya və İnkişaf Korporasiyasının (Deutsche Investitions- und Entwicklungsgesellschaft mbH) bankdakı 16,60%-lik payını alıb.
Digər səhmdarların bay bölgüsü isə dəyişməyib: Quliyev Elçin saday oğlu - 15,06%, Quliyev Namiq Saday oğlu – 7,41%, Rəhimov Şakir Xəyyam oğlu – 5,45%, SIDT - Sparkassen International Development Trust GmbH – 4,25%, digərləri – 0,08%.
Könül
Demokratikmusavat.com