Qarabağın statusu məqsəd deyil, Qarabağ ermənilərinin təhlükəsizliyini təmin etmək vasitəsidir.
“Demokratikmusavat.com ” xəbər verir ki, bunu Nikol Paşinyan Ermənistan parlamentində müzakirələr zamanı deyib.
"Əgər əvvəllər danışıqlarda Ermənistan tərəfinin Qarabağ əhalisinin hüquq və təhlükəsizliyinin təminatlarının əsaslandığı konsepsiyasının əsasını Qarabağın statusu təşkil edirdisə, indi əsas hüquq və təhlükəsizlik statusu ondan irəli gəlir.
Biz bildiririk ki, bu vəziyyətdə status məqsəd deyil, bir vasitədir. O, Qarabağ əhalisinin hüquqlarını, azadlıqlarını və təhlükəsizliyini təmin etməlidir. Bu, beynəlxalq ictimaiyyət üçün çox başa düşülən münasibətdir. Amma çox mühüm bəyanat da var, bu da Qarabağ əhalisinin təhlükəsizliyini, hüquq və azadlıqlarını həqiqətən təmin edən istənilən status bizim üçün real həll yolu hesab edilməlidir”, - Paşinyan bildirib.
Hökumət başçısı əlavə edib ki, bu gün Ermənistan qonşuları ilə tam hüquqlu sülhün bərqərar olması, həmçinin regionda sabitliyin bərqərar olması yolu ilə getməyə çalışır.
Mürtəza
Demokratikmusavat.com