Neft ucuzlaşdıqdan sonra yenidən bahalaşdı

 

Çərşənbə günü neft qiymətləri ABŞ Federal Ehtiyat Sisteminin faiz dərəcələrində gözlənilən böyük artım ilə bağlı olaraq sessiyanın əvvəlində ucuzlaşsa da, yenidən yüksəliş nümayiş etdirib.

Demokratikmusavat.com xəbər verir ki, buna səbəb iqtisadi artım fonunda yanacağa tələbatın artacağı ilə bağlı narahatlıqlar olub.

Avqust ayı üçün "Brent" markalı neft fyuçersləri 0,9% ucuzlaşaraq sessiyanın əvvəlində 120,65 dollara qədər ucuzlaşdıqdan sonra 0,15 dollar və ya 0,1% artaraq bir barel üçün 121,32 dollar olub.

Ötən gün 1,7% ucuzlaşaraq 118,22 dollara enən ABŞ-ın Qərbi Texas "WTI" neftinin iyul fyuçersləri 0,15 dollar və ya 0,1% bahalaşaraq, bareli 119,08 dollara çatıb.

Artan inflyasiya investorları və neft treyderlərini bu həftə Fed tərəfindən uçot dərəcəsində 0,75%-lik artıma gediləcəyi ilə bağlı gözləntilər yaradıb.

Könül
Demokratikmusavat.com

0.2629759311676