“Bir il öncə Şuşada imzalanan Azərbaycanla Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi sözün hər mənasında bütövlükdə Qafqaz bölgədə dayanıqlı sülhün və sabitliyin təmin olunub, bölgədə sıx əməkdaşlıq mühitinin formalaşmasına xidmət edir”.
Bunu “Demokratikmusavat.com ”a açıqlamasında deputat Mahir Abbaszadə deyib.
Onun sözlərinə görə, ötn bir ildə biz sözdə deyil, əməldə Şuşa Bəyannaməsinin real nəticələrini görməkdəyik. “Bu sənəd iki qardaş ölkə arasında münasibətlərin yeni bir mərhələsinin əsasını qoymuş oldu. Baxmayaraq ki, Azərbaycanla Türkiyə arasında tarix boyu yüksək münasibətlər mövcud olsa da, bu sənəd hüquqi cəhətdən çoxşaxəli müttəfiqliyin rəmzinə çevrilərək, daha üst səviyyəyə qalxmasına imkan verdi. Şuşa Bəyannaməsi müttəfiqliyin geostrateji əhəmiyyətini artıraraq, iki ölkə arasındakı münasibətlərin bütün müstəvilərdə davamlı inkişafını təmin etməkdədir”- deputat qeyd edib.
Deputat əlavə edib ki, Şuşa Bəyannaməsinin mühüm cəhətlərindən biri də bölgədə inteqrasiya proseslərini stimullaşdırması və dayanıqlı sülhə yol açmasıdır: “Bəyannamə Qarabağ ərazisində yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarının inteqrasiyası üçün əlavə imkanlar yaradır. Əgər bu bölgədə yaşayan ermənilər reinteqrasiya prosesində aktiv iştirak edərlərsə həyatları qısa zaman ərzində çox müsbət istiqamətə dəyişəcək. Onlar da Azərbaycanın digər bərabərhüquqlu vətəndaşları kimi bütün imkanlardan faydalanacaqlar. Bu eyni zamnda Ermənsitanla münasibətlərə də aiddir. İrəvan nə qədər tez Azərbaycanın təklif etdiyi şərtlər əsasında sülh sazişi imzalarsa, bir o qədər də tez Ermənistan üzləşdiyi böhranlardan və çətinliklərdən xilas olub, sabitliyə qədəm qoyacaq. Ermənistanla sülh sazişinin imzalanması isə ikitərəfli diplomatik, siyasi, iqtisadi əlaqələrin yaranıb, bölgədə sıx inteqrasiya prosesinin yaranmasına gətirib çıxaracaq. Bu da öz növbəsində bölgəyə yeni xarici investisiya qoyuluşunu stimullaşdıracaq ki, bundan bölgənin bütün xalqlaır faydalanacaq və rifah halının yaxşılaşmasına xidmət edəcək”.
Deputat hesab edir ki, Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyənin bölgədə yaratdığı yeni geosiyasi reallığının hüquqi cəhətdən təminatçısıdır: “Bu sənəd eyni zamanda beynəlxalq aləmə bir mesaj idi və mesaj beynəlxalq güclər tərəfindən də müsbət qarşılanmaqdadır. Ona görə də beynəlxalq güclər iki qardaş ölkənin bölgədə yaratdığı yeni geosiyasi reallığın tələblərinə uyğun şəkildə əməkdaşlıqlaırnı qururlar. Biz artıq Avropa İttifaqının və digər güclərin prosesdə aktiv iştirak etdiyini görməkdəyik. Qeyd etdiyimiz kimi Şuşa Bəyannaməsi bölgədə yeni əməkdaşlıq formatını zəruri edir və bu da bütün iştirakçı tərəflərin marağına xidmət edir. Yəni geosiyasi reallığın şərtlərinə uyğun olaraq bölgədə yeni iqtisadi layihələrin, xüsusən də logistik layihələrin reallaşdırılması nəzərdə tutulur. Azərbaycanın planlaşdırdığı Zəngəzur dəhlizi isə böyük geosiyasi və iqtisadi əhəmiyyətə malikdir. Bu layihənin həyata keçirilməsi ilə Şərqdən Qərbə hər kəsin istifadə edə biləcəyi yeni bir ortaq iqtisadi dəhliz açılacaqdır. Türkiyə ilə Azərbaycanı dəmiryolu və avtomobil yolu ilə birləşdirəcək Zəngəzur dəhlizi reallığa çevrilir. Zəngəzur geosiyasi əhəmiyyətə malik olan nəqliyyat layihəsidir ki, bundan bütün iştirakçı tərəflər qazanacaq. Ona görə də Şuşa Bəyannaməsini iki qardaş ölkənin sarsılmaz birliyinin göstəricisi kimi qiymətləndirilməlidir. Bu sənəd qarşıdakı dönəmdə də iki qardaş ölkənin qarışısında duran hədəflərə nail olunmasına öz müstəsna töhfəsini verəcək”.
Mürtəza
Demokratikmusavat.com