Paralel.az " xəbər verir ki ..."> Paralel.az " xəbər verir ki ...">

ABŞ şirkəti: "Azərbaycanda pullu insan çoxdur"

 

Azərbaycanda pullu insan çox olsa da startaplara vəsait yatıran təəssüf ki, azdır.

Demokratikmusavat.com xəbər verir ki, bunu innovasiya ekosistemi nümayəndələri ilə görüşdə çıxış edən ABŞ-ın “Technovate İnvestments”i şirkətinin qurucusu Fərid İsmayılzadə deyib.

F.İsmayılzadənin sözlərinə görə, yaratdıqları "Angel" klubu Azərbaycan, Gürcüstan və Mərkəzi Asiyadan olan startaplara investisyalar yatırıb:

"Bu vaxta qədər startaplara 250 min ABŞ dolları məbləğində investisiya yatırmışıq. Amma hazırda dəstklədiyimiz startapların dəyəri 23 milyon ABŞ dollarına çatıb".

F.İsmayılzadə qeyd edib ki, sentyabrda Azərbaycandan olan startapların ABŞ-dakı Silikon Vadisinə səfəri təşkil olunacaq.

0.19381499290466