Ağstafada həyat yoldaşını qətlə yetiməkdə təqsirli bilinən Aynur Abdullayevanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Demokratikmusavat.com xəbər verir ki, cinayət işinin materialları baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Nural Əliyevin icraatına verilib.
İş üzrə məhkəmənin hazırlıq iclası iyunun 23-nə təyin edilib.
Qeyd edək ki, hadisə bu ilin yanvar ayında Ağstafa rayonu Dağ Kəsəmən kəndində qeydə alınıb.
Belə ki, 1985-ci il təvəllüdlü A.Abdullayeva, həyat yoldaşı 1984-cü il təvəllüdlü Elvin Abdullayevi balta ilə qətlə yetirib.
O, Ağstafa Rayon Polis Şöbəsinə gedərək cinayətini etiraf edib.
Hadisəni həyat yoldaşı ilə aralarında ailədaxili münaqişə zəminində yaranmış mübahisədən sonra törətdiyini bildirib.
Qeyd edək ki, ailənin 2 övladı var.