Dollar bahalaşdı

 

Bu gün ABŞ dolları son 20 illin zirvəsinə yüksəlib.

Demokratikmusavat.comxəbər verir ki, buna səbəb investorların gözləniləndən yüksək olan inflyasiya dərəcəsinin ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) aqressiv faiz artımına yol açacağı ilə bağlı gözləntiləri olub. Belə ki, bəzi analitiklər iyun və iyul aylarında ardıcıl 0,75% artım olacağını proqnozlaşdırıb.

Dollar indeksi bazar ertəsi 105,29 ilə son 20 ilin ən yüksək həddinə çatıb.

ABŞ dolları həmçinin avro, Avstraliya dolları, Yeni Zelandiya dolları, İsveçrə frankı və Kanada dolları üzrə də bir ayın ən yüksək həddinə çatıb və çərşənbə axşamı bir avro üçün 1,0397 dollar səviyyəsinə yüksəlib.

FED-in faiz artımı gözləntilərinin İngiltərə Bankını geridə qoyması Sterlinqin ucuzlaşmasına və son iki ilin minimumu ilə 1,2163 dollar səviyyəsində qərarlaşmasına səbəb olub.
Hətta möhkəm neft qiymətləri və ötən il artırılan uçot dərəcələri ilə Norveç kronu dollar qarşısında iki ilin ən aşağı səviyyəsinə 9,9295-ə çatdı.

Qeyd edək ki, ötən həftənin cümə günü ABŞ 8,6%-lik inflyasiya dərəcəsi açıqladı və bu da son 41 ilin - 1981-ci ilin dekabrından bəri ən yüksək hədd hesab olunur.

Könül
Demokratikmusavat.com

0.18457293510437