Mən ABŞ-ın Gürcüstana qarşı fəaliyyət göstərdiyi, Gürcüstanı müharibəyə sürükləməyə və ya ikinci cəbhə açmağa çalışdığı barəsində deyimlər eşidirəm. Bu məlumat həqiqəti əks etdirmir və 100% Rusiya dezinformasiyasıdır.
Demokratikmusavat.com axar.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Gürcüstandakı səfiri Kelli Deqnan bildirib.
Onun sözlərinə görə, ABŞ Ukraynadakı müharibəni dayandırmaq üçün əlindən gələni edib:
"Biz Gürcüstanın bu müharibədə iştirakını qətiyyən istəmirik. Fikrimizcə, AB və NATO-nun müdafiə etdiyi şey sülh, sabitlik və rifahdır. Avro-Atlantik icmasının üzvü olmaqdan gələn sabitlik, firavanlıq və sülhü Avropanın hər bir ölkəsində, Şimali Amerikada görə bilərsiniz. Biz bunu Gürcüstan üçün də istəyirik. Biz bilirik ki, gürcü xalqı da bunu istəyir. Gürcüstanın suverenliyinə, ərazi bütövlüyünə və Avro-Atlantik dövlətlər ailəsinə tam inteqrasiyasına göstərdiyimiz güclü öhdəliyimizi davam etdirəcəyik".