Şagirdlərin avtobusunun qəzası ilə bağlı - Ekspertdən sərt tənqid+VİDEO

 

Bildiyiniz kimi, dünən gecə saatlarında Şamaxı - Bakı yolunda şagirdlərin olduğu avtobus qəzaya uğrayıb və xəsarət alanlar var.

Demokratikmusavat.com xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov qeyd edib. O, sözügedən hadisə ilə bağlı rəsmilərin açıqlamasına diqqət çəkib.

Həmçinin oxu: TƏBİB Şamaxıdakı avtobus qəzası ilə bağlı məlumat yaydı

"Rəsmilər deyir ki, biz məktəbin çölünə, istirahət günlərinə nəzarət edə bilmərik. Bəli, bu tutaq ki, belədir.  Bəs axı siz heç içinə də nəzarət edə bilmirsiniz. İçində olan vəziyyət avtobus qəzasından da betərdir", - deyə o qeyd edib.

Xatırladaq ki, ötən aylarda orta məktəblərdə şagirdlərin dərsdən qaçmasını, sinif otaqlarını dağıtmasını, dərsdə nizam-intizam qaydalarına əməl etməməsini əks etdirən görüntülər müzakirələrə səbəb olmuşdu.

Billurə Yunus

0.14230298995972