Hacıbaba Bağırovun 90 illiyi Fəxri Xiyabanda qeyd olunub - FOTO

 

Bu gün böyük gülüş ustası, Azərbaycanın görkəmli teatr və kino aktyoru, Xalq artisti, "Şöhrət” ordenli Hacıbaba Bağırovun anadan olmasının 90-cı ildönümüdür.

Bununla əlaqədar Azərbaycan Dövlət Akademik Musiqili Teatrının mərhum aktyorun Fəxri Xiyabandakı məzarını ziyarət edərək əklillər və gül-çiçək dəstələri qoyublar.

Ziyarətdə iştirak edən tanınmış mədəniyyət və incəsənət nümayəndələri mərhum sənətkarın həyat və yaradıcılığından söz açaraq, onunla bağlı xatirələrini bölüşüblər.

0.17157387733459