Ukrayna üçün deyil, Rusiya üçün də yer tapmaq lazımdır.
Demokratikmusavat.com axar.az-a istinadən xəbər verir ki, bunu ABŞ-ın sabiq dövlət katibi Henri Kissincer deyib.
Onun sözlərinə görə, indi əsas məsələ münaqişəni necə bitirməkdir.
Kissincer bildirib ki, mövcud vəziyyətin Rusiyanın mövqeyi nəzərə alınmaqla tənzimlənməsi ilk növbədə Qərbin maraqlarına cavab verir. Əks təqdirdə, Avropa Çinin Moskvaya təsirinin güclənməsinin qarşısını ala bilməyəcək:
“Rusiyanın Avropada Çinin forpostuna çevrilməsini istəmiriksə, Ukrayna kimi ona da yer tapmaq lazım gələcək”.