Britaniya millisinin üzvünü arvadı evdən qovdu

 

Aşiq olduğu eskorta 55 min funt sterlinq xərclədiyi məlum olan britaniyalı ulduz futbolçunu arvadı evdən qovub.

Demokratikmusavat.com xəbər verir ki, adı açıqlanmayan Britaniya millisinin futbolçusu uşaqları ilə oturarkən fotolarla nalayiq yazışmalar aparıb və xəstə anasını ziyarətə getdiyini bildirərək başqa qadınla görüşə yollanıb.

O, istədiyi vaxt sevgilisini görə bilmək üçün 35 min funt sterlinq ödəyib. Bundan əlavə 2500 funt sterlinqlik boyunbağının da daxil olduğu hədiyyələrə 20 min funt sterlinq xərcləyib.

Eyni zamanda, idmançı bundan əvvəl də xəyanətlər edib, amma dəyişəcəyi sözünü verib. Futbolçu duşda olarkən həyat yoldaşı onun paltarından gələn ətirdən və telefonundakı yazışmalardan ərini xəyanətdə günahlandırıb. Bundan sonra o, ərini evdən qovaraq valideynlərinin yanına gedib.

Qadın bir halda ərini bağışlamağa razıdır; futbolçu gecə-gündüz olduğu yeri ona görüntülü formada xəbər verməlidir.(oxu.az)

0.15624594688416