Emin Əmrullayev: "Pandemiya dövründə müəllimlərimiz xüsusi fədakarlıq göstərdilər"

 

"Pandemiya dövründə müəllimlərimiz, xüsusilə yaşlı nəslin nümayəndələri fədakarlıq göstərdilər".

Demokratikmusavat.com xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev Gənc Müəllimlərin II Forumunda deyib.

E.Əmrullayev müəllim peşəsinin özəlliklərindən, təhsil işçilərinin üzərinə düşən vəzifələrdən, müəllim məsuliyyətindən söz açıb.

Nazir Azərbaycanda dövlət tərəfindən müəllimlərə göstərilən diqqət və qayğıdan, onların əməkhaqlarının artırılmasından, eyni zamanda, müəllimlərin sertifikasyasından danışıb.

Emin Əmrullayev cəmiyyətimizdə müəllimlərə yüksək səviyyədə dəstək göstərilməsinin vacibliyini vurğulayıb.

Təhsil naziri forum iştirakçılarına uğurlar arzulayıb.

0.49809193611145