Güney Qafqaz uğrunda mübarizə qızışır - II yazı

 

Siracəddin Hacı:

Xronoloji təhlil

- Avropa Birliyi, ABŞ bir az Ermənistanı, daha çoxAzərbaycanı sıxışdırır. Ermənistana deyirlər ki, Qarabağın/Arsaxın Azərbaycanın tərkibində status qazanması sizin üçün ən uyğun variantdır, bununlarazılaşın, erməni xalqını da bu hədəfə hazırlayın. Azərbaycandan tələb edirlər ki, Qarabağa status ver, xalqı da bu ölçüyə razı sal;
- Azərbaycanla Ermənistanın, ErmənistanlaTürkiyənin münasibətlərinin nizamlanmasını, Rusiyanın bölgəyə təsirini, Avropa Birliyinin, ABŞ-ınGüney Qafqazda iştirak payını müəyyən edən açarməsələ Qarabağın status ilə bağlıdır, bu gün gündəliyinəsas tezisi statusdur;
- Paşinyan hökuməti müxalifətin etirazlarını da göstərərək mitinqdən Ermənistanın xeyrinə istifadəedir, deyir ki, Qarabağa status verilməsə, Ermənistanqarışar, heç bir məsələ həll olunmaz. Ermənistanınsiyasi, diplomatik, diaspora gücü Qarabağa status qazandırılmağa yönəldilib;
- Azərbaycanın vəziyyəti belədir: status olmayacaqdeyir, çox önəmlidir, ancaq bu mövqeyin qorunmasına, qəbul etdirilməsinə ehtiyac var. Azərbaycan status məsələsində Ermənistanla, Rusiya, Avropa Birliyi, ABŞ, İranla (İran bəlli səbəblərlə sussa da, Ermənistandakı səfiri həftə səkkiz, mən doqquzErmənistan hökumətinin təmsilçiləri ilə görüşür, müzakirə olunan məsələlərin ən önəmlisi Qarabağdır, İran Qarabağa Azərbaycanı zəiflədəcəkvasitə kimi baxır, elə buna görə Qarabağa status verilməsinidövlətləşdirilməsini istəyir) üz-üzədir;
- Statusla bağlı Azərbaycanın vəziyyətininçətinliyini göstərən üç örnək veririəm: 1) AvropaBirliyinin təmsilçisi deyir ki, Qarabağ ermənilərinintəhlükəsizlik hüquqları qorunmalıdır cümləsiümumi, diplomatik ifadə biçimidir, zamanı gələndəməsələ daha dəqiq ifadə ediləcək – status olacaq; 2) ABŞ deyir ki, Qarabağ ermənilərinin öz müqəddəratınıtəyinetmə haqqı var; 3) Lavrov Azərbaycanı Qarabağı iki ayrı ərazi, tərəf kimi tanıdır, işğalçı rusordusu Qarabağla Azərbaycanı bir-birindən ayırır, Fərrux məsələsinə sərhədlərin dəqiqləşdirilməsiçərçivəsində baxılacaq deyir;
- Azərbaycanın, President İlham Əliyevin dirənişüçün ciddi müttəfiqlərə ehtiyacı var. Müttəfiqlər hazırdır: 1) Azərbaycan xalqı, xalqdan böyük müttəfiq, arxa, dayaq yoxdurPrezident Azərbaycan xalqınımüttəfiqinə çevirməlidir, bunun üçün Qarabağla bağlıbütün gerçəkliyi xalqla bölüşməli, ədalət, azadlıq, rifah, mərhəmət dəyərləri ilə xalqa bağlanmalıdır. Bu gün elə bir mərhələdiyik ki, hakimiyyət məsələləridoğru biçimdə yoluna qoymasa, Azərbaycanın heç birsıxıntısı həll olunmaz. Qarabağ məsələsi Azərbaycanxalqını birləşdirən, səfərbər edən dəyərdir, xalqlahakimiyyət bir olsa, kimsə Azərbaycanın iradəsini qırabilməz; 2) Azərbaycan ordusuordunungücləndirilməsi işi davam etdirilməlidir; 3) Türkiyə - Azərbaycanın strateji müttəfiqidir, türk ordusuAzərbaycana gətirilməlidir; 4) Müttəfiqlərin sayınıartırmaqmənafelər uzlaşdırılsa, Azərbaycanındostları çoxalacaq;

Ardı var…

Demokratikmusavat.com

0.14120602607727