İsrail hərbi təyyarələrini İrana qarşı belə gücləndirir 

 

“İsrail və İran arasında gərginlik davam edir. İran nüvə gücünü artırmağa davam edir, İsrail isə bunun qarşılığından yeni addımlar atır. İsrail ordusu F-35 təyyarələrini İrandakı hədəfləri vurub geri dönə biləcək səviyyədə inkişaf etdirib”.

Demokratikmusavat.com ” xəbər verir ki, bu barədə İsrailin “Jerusalem Post” qəzeti yazıb.

Xəbərə görə, İsrail İranın mümkün hücumuna qarşı hava gücünü xeyli artırıb.
Hərbçilər F-35 döyüş təyyarələrini İsraildən İrana yanacaq doldurmadan, hədəflərini vuraraq geri qayıdacaq gücdə hazırlayıb. 

“Bu, İsrail Hərbi Hava Qüvvələrinə yeni güc qatır. Bu addım İsrailin gələcəkdə İranın nüvə gücünü hədəf almağa hazırlaşdığı bir vaxtda inkişaf edir”, - mətbu orqanı yazıb.

Bundan əlavə, İsrail ordusu F-35 təyyarələrinin istifadə etdiyi sursatlar arasına yeni - bir tonluq raket əlavə edib.

Mürtəza
Demokratikmusavat.com

0.12701106071472