Rusların maaşından kəsilir, “lxr” və “dxr”ə göndərilir

 

Rusiyada çalışan işçilərdən “lxr” və “dxr”i dəstəkləmək üçün maaşlarının bir hissəsini məcburi olaraq köçürmələri tələb olunur. Pul yığımı Rusiya Müstəqil Həmkarlar İttifaqları Federasiyası vasitəsilə həyata keçirilir.

Demokratikmusavat.com xəbər verir ki, bu barədə Şərq İnsan Haqları Qrupu Feysbukda məlumat yayıb.

“Rusiyada “lxr” və “dxr”in qeyri-qanuni silahlı birləşmələrinin nəzarətində olan şəhərlərə dəstək kampaniyası aparılır. Məsələn, Başqırdıstanın müəssisələrində işçilərdən “lxr” və “dxr”in qeyri-qanuni silahlı birləşmələrini dəstəkləmək üçün aylıq əmək haqqının 5%-dən 10%-ə qədər vəsait köçürmələri tələb olunur”, - məlumatda deyilir.

Analoji addımlar Rusiyanın digər regionlarında da qeydə alınıb.

"Müəssisələrin işçiləri artıq öz narazılıqlarını bildirməyə və yardımdan imtina etməyə başlayıblar”, - xəbərdə vurğulanır.

0.15885806083679