“Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasına kömək edəcəyimizi təsdiqlədik”.
Demokratikmusavat.com xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov ermənistanlı həmkarı Ararat Mirzoyanla görüşdən sonra söyləyib.
“Həmçinin Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasını alqışlayırıq. Bu, regionda vəziyyətin sağlamlaşmasına yol açacaq. Bu kontekstdə “3+3” formatı da dialoqun bərqərar edilməsi və region ölkələri arasında çoxplanlı əməkdaşlıq üçün vacib əlavə kanaldır”, - Rusiya XİN başçısı vurğulayıb.