Rusiyanın 800 hərbçisi məhv edilib - Ukrayna

 

Ukrayna ərazisindəki döyüşlərdə 15-ci motoatıcı briqadanın 800 rus əsgəri məhv edilib.

Demokratikmusavat.com ” xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı öz Facebook səhifəsində məlumat yayıb.

“Ukrayna ərazisində gedən döyüşlərdə Mərkəzi Hərbi Dairənin 2-ci birləşmiş ordusunun 15-ci əlahiddə motoatıcı briqadasının şəxsi heyəti xeyli itki verib. Döyüşlərdə təxminən 800 nəfər ölüb, 400-ə yaxın  isə yaralı var. Ümumilikdə, Ukrayna ərazisindəki döyüşlərdə briqadadan 1800-ə yaxın hərbçi iştirak edib”, - məlumatda deyilir.

Bundan əvvəl Ukrayna Silahlı Qüvvələrinin aviasiyası Xerson vilayətində düşmənin mövqelərinə zərbələr endirib. Raket və artilleriya bölmələri 30 rus hərbçisini və 3 silah-sursat anbarını məhv edib.

İyunun 8-nə olan məlumata görə, Ukrayna ordusu indiyədək 31500 rus həbçisini və 1393 tankını məhv edib.

Mürtəza
Demokratikmusavat.com

0.16661500930786