Kiyev İsrailin “Dəmir günbəz” hava hücumundan müdafiə sistemini almaq istəyir.
Demokratikmusavat.com -ın məlumatına görə, bu barədə “The Jerusalem Post” Ukraynanın İsraildəki səfiri Yevgeni Korniyçukdan sitat gətirib.
“Bizə “Dəmir günbəz” lazımdır... Bizə ianəyə ehtiyac yoxdur, biz onu almaq istəyirik”, - deyə Korniyçuk qeyd edib.
Eyni zamanda, nəşrin mənbələri bildiriblər ki, ABŞ-la imzalanmış müdafiə məhsullarının ixracı qaydalarına əsasən, İsrailin hava hücumundan müdafiə sistemini Ukraynaya və ya hər-hansı başqa dövlətə satması ehtimalı azdır.
Bundan əlavə, satışa ölkənin müdafiə təyinatlı məmulatlarının ixrac bazarına nəzarət üzrə beynəlxalq öhdəliklər mane ola bilər.