AMEA-nın Azad Həmkarlar İttifaqının sədri, hüquq üzrə elmlər doktoru, professor Habil Qurbanov 01.05-06.05. 2022-ci il tarixlərində Serbiya Respublikasının Zlatibor şəhərində keçirilən Beynəlxalq konfransda iştirak edib.
Beynəlxalq Cinayət Hüququ Assosisiyası tərəfindən təşkil olunmuş bu konfransda 20 ölkənin tanınmış alimləri iştirak edirdi.
Beynəlxalq cinayət qanunuvericiliyinin problemlərinə həsr olunmuş bu konfransda professor H.Qurbanov “Beynəlxalq səviyyədə insan hüquqlarının bərabərliyinin təmin edilməsi problemləri cinayət mühakiməsinin orbitində” mövzüsunda çıxış edib. Konfransın materialları toplum formatda işıq üzü görüb.
Konfransdan sonra professor H.Qurbanov Beynəlxalq Cinayət Hüququ Assosiyasının Prezidenti, professor Sreto Noqo ilə Belqrad şəhərin Mərkəzi Parkında yerləşən, Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib.