“Bakcell” MMC bir sıra tariflərini artırır.
“Demokratikmusavat.com ”ın məlumatına görə, şirkət dəyişiklikləri iyunun 21-dən tətbiq edəcək.
Belə ki, “SevimliCIN” və “GÜNBOYU 0” tariflərində şəbəkədaxili zənglərin 1 dəqiqəsinin qiyməti 0,08 AZN təşkil edəcək. Hazırda isə “SevimliCIN” tariflərində şəbəkədaxili zənglərin 1 dəqiqəsinin qiyməti 0,06 AZN-dir.
“CINeration” tarifində ölkədaxili zonglorin 1 dəqiqəsinin qiyməti 0,01 AZN artırılaraq 0,09 AZN olacaq. Bu tarif hazırda 0.08 AZN təşkil edir.
CIN 1 tariflərində isə Bakı və Abşeronda həftəlik abunə haqqı ödəndikdə ölkədaxili zənglərin 1 dəqiqəsi 0,08 AZN (hazırda 0,06 AZN), regionlarda həftəlik abunə haqqı ödəndikdə ölkədaxili zənglərin 1 dəqiqəsi 0.04 AZN (hazırda 0,03 AZN) olacaq.
Könül
Demokratikmusavat.com