Bumeranq problemlər...

 

Dəyişkən hava şəraitinin öz yerini qəfil  istilərə verməsiylə illərin problem adlanan daşlaşmış məsələsi yenidən gündəmə gəlib.

Doğrudur, bu məsələ öz cəm şəkliylə bir gün ərzində yaranmayıb. Dediyimiz kimi,  o, illərin monolit misallı məsələsidir ki,  ilbəil hamımızın qapısınıdöyür”. Həllini tapmadığından, təbii...

Bu il yayın görünən, bilinən, eyni zamanda, görünməyən, bilinməyən problemləri ilə üz-üzəyik. Əlaqədar əlaqəsi olmayan sahənin adamları da artıq həmin problemlərdən tam məlumatlıdır. Hər şey bəllidir, məlumdur, ortadadır,  çatışmayan məsələ yalnız  bircədir - onların həll olunması, vəssalam. Onu da boynuna götürən, məsuliyyətini çəkən yoxdur, belə getsə, deyəsən, heç olmayacaq da. Olsaydı, həmin problemlər ilbəil nədən gündəmə gələrdi?!

Bəllidir, dənizsahili bir məkanda yaşamağımızın lüksünü pozanlar  hər addımdadır. Artıq ümummülkiyyət adlanası dənizi hasarlayanlar da mövsümü açır...

Çimərlik mövsümünün başlanmasına az qalır, lakin indidən çimərliklərin hansının  sanitar-gigiyenik baxımdan qənaətbəxş  əksinə olanı sadalanır...

Bəzi Bakıətrafı ərazilərdə çirkab suyu birbaşa dənizə axıdılır ümumi mülkiyyətə qənim kəsilmək, çirkləndirməktöhfəsini verməkdən çəkinmir...

Çimərliklərin hansının təhlükəsiz, yaxud təhlükəli olması barədə xəbərlər gəlir...

Problemli xəbərlər təkcə dənizlə bağlı deyil. Yayın vazkeçilməzi olan dondurmaların keyfiyyət göstəriciləri hər il olduğu kimi, bu il aktualdır. Yayın sərinləşdirici məhsulunun qablaşdırılmasından tutmuş,  tərkibinə, saxlanma şəraitinə, istifadə tarixinə qədər hər varsa, problemdən xəbər verir.

Yayın mövsümi meyvə-tərəvəzlərindən isə dadmaq deyil, danışmaq, bəhs etmək, söylənmək, ən sadə halda isə  baxıb-seyr eləmək nəsib olur çoxuna. Çünki qiymətlər bahadır. 

Bu barədə danışmaq da lüzumsuzdur, çünki süni maneələr təbii səbəbləri o meyvə-tərəvəzi yetişdirən torpağa çoxdan gömüb.

Ataların bəzi sözləri, zərb-məsəllərimiz vaxtaşırı köməyə çatır, sözümüzə söykək olur.  Dovşanaqaç”, tazıyatutdeyimini insanlara aid etməsək, layiq görməsək , vəziyyət göz qabağındadır. Şərhi oxucuların öhdəsinə buraxıram...

Problemlərdən keçilməz bir dağ yaradanların gözünün ayaqlarının altını görmədiyi bir məmləkətdə yaşayanlar üçün əslində, yay, qış...

Günü-güzəranı payızın buludlu, qaramat, qışın sərt, soyuq havasından ibarət olanlar üçün yaşamağın özü problemdir.

Bilmirəm,  ümdə problemlərin həlli qədər çəkəcək, amma ona bir ömrün bəs etməyəcəyi qorxusu da var çoxunda. Çünki əlaqədar sahələrin sözçülərindən əli üzülən  çoxdur aramızda.

Cəmiyyətin get-gedə problemlərə adaptasiya olunduğu, onunla birgəyaşayışa rəvac verdiyi göz-nəzərdən qaçmır.  Mental dəyərlər sıradan çıxdıqca, o öz yerini problemlərə verir - iqtisadi, sosial, siyasi, mənəvi, mədəni s. i.

Sözün kəsəri itib, tükənib.  İstisna hallarda  o öz missiyasını yenə yerinə yetirir. Fəqət problem yaradanların ucbatıından, davamlı, ardıcıl fəaliyyət problemlə nəticələnə bilir...

etməli?

Sual, həmişəki kimi, heç ritorik deyil.

Problemlərimiz, onların həlli kimi...

Həllolunmazı ram edənin yalnız şüurlu insan olduğunu unutmadığımızdan, problemlərin həllini onlara buraxaq. Tanrı bunun üçün bizə şüur verib axı.

Ey missiyası məlum, problemləri həll etməli olan insan, problem yaratma!

Həyatın, eləcə problemlərin bumeranq olması səbəbindən, heç kim ondan iraq qala bilməz - onu yaradan, yaşayan...

Nigar Orucova 

0.26760697364807