Yaşamaq istəyirəm, ölməyə məcburam

 

Bəşəriyyətin faciəsi-intiharlar

Mayın 26-da Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının Horadiz sərhəd dəstəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu xidmət yerindən kənarda intihar edib (adı məlum olsa da, fərq edər ki). Naxçıvanın Şərur rayonunun Ələkli kəndində doqquzuncu sinif şagirdi yaşadığı evdə özünü asaraq həyatına son qoyub. İntihar hər zaman insanların atdığı son addım kimi qəbul olunur. Nədən, üçün bunlar isə artıq ciddi araşdırmalar tələb edən suallardır.

Yazının başlığına çıxardığım sadə bir cümlə, əslində intihara meyilli hər bir şəxsin düşüncəsidir. Aydın məsələdir ki, insan yaşamaq istəyir, amma istədiyi kimi yaşaya bilmədiyi halda, xəyal qırıqlığına uğrayır, depressiyaya düşür çıxış yolunu "ölmək istəyirəm" düşüncəsində görür.

Müasir dünyamızda intihar hallarının artması, artıq təkcə həkimləri, psixoloqları deyil, siyasətçiləri, sosioloqları, müəllimləri jurnalistləri narahat etməyə başlayıb. Çünki intihar tendensiyasının günü-gündən artması, bütün dünyada sadəcə psixi pozğunluq, xəstəlik kimi deyi, həm sosial bəla kimi qəbul olunur. Alimlər artıq onu da sübüt ediblər ki, intihar yaş tanımır. Yeniyetmə məktəblilərin, gənclərin, tələbələrin, orta ahıl yaşda insanların da intihar etməsi, onu deməyə əsas verir ki, intihara səbəb insanın hansısa yaş dövrü ilə bağlı dəyişiklikləri deyil.

Bununla belə, bəzi psixoloqlar hesab edirlər ki, yeniyetmələr gənclər arasında intihar hallarının artmasının əsas səbəbi yaxın ətrafdakıların, əsasən ailə üzvlərinin onlara biganə münasibəti, yaxud tam əksinə yeniyetmələrin gənclərin üzərinə çox ağır məsuliyyət yükünün yüklənməsi ciddi məhdudiyyətlərin qoyulmasıdır.

Bu fikirlərlə razılaşmamaq da mümkün deyil. Çünki bütün valideynlər birmənalı olaraq istəyirlər ki, onların övladları yaxşı oxusunlar, idmanla, musiqi ilə məşğul olsunlar bütün bu sahələrdə uğur qazansınlar. Amma anlamaq istəmirlər ki, yeniyetmələrin heç hamısı fiziki sağlamlıq intellek baxımından bu tələb istəkləri yerinə yetirmək gücündə olmurlar, yaxud onların öz maraq dairələri olur. Bu səbəbdən məktəbdə zəif oxuyur, məktəb yoldaşlarına qarşı aqressiv olur ümumiyyətlə, məktəbə maraq göstərmirlər. Bu halda heç şübhəsiz ki, valideynlər uşaqlar arasında gərginlik yaşanmağa başlayır. Valideynlər bu məqamda gərginlikdən qaçmaq, daha mülayim yol tutmaq əvəzinə münaqişədən qalib çıxmaq üçün daha radikal addımlar atmaqla, çox böyük yanlışlıqlara yol verilər. Yeniyetmələr geri çəkilmək istəmirlər yaranmış vəziyyətdən çıxış yolu tapa bilmədikdə "yaşamaq istəyirəm, amma ölməyə məcburam" düşüncəsinə qapanır. Bu zaman onun yanında güvəndiyi bir insan olursa, bu gəncin həmin düşüncədən qurtulmaq şansı yaranır, olmadıqda isə intihar qaçılmaz olur. Valideynlərin isə təəccüb içində çiyinlərini çəkərək gözyaşları tökərək, "bu uşağın nəyi çatmırdı ki", deməkdən başqa çarəsi qalmar. Bu halda, uşağın intihar həddinə çatmasının səbəbi valideynlərin onu anlamaması, onun hiss duyğularına biganəliyindən başqa bir şey deyil. Əgər valideynlər vaxtında onun duyğularına istəklərinə anlaşıqlı yanaşsaydılar, bu faciənin qarşısını almaq olardı.

Orta yaşlı insanların dünyalarını "yaşamaq istəyirəm, amma ölməyə məcburam" düşüncəsi ilə dəyişməsinin əsas səbəbi isə müasir cəmiyyətdə özünü tapa bilməməsidir. Eyni zamanda qaşılaşdığı maddi mənəvi çətinlikləri, ailədaxili münaqişələri heç şübhəsiz ki, bütün bu problemləri həll edə biləcək gücü özünda tapa bilməməsi , burada mühüm rol oynayır.

Burada da, əsas məsələ insanın üzləşdiyi çətinliklər qarşısında tək qalması ətrafdakıların ona münasibətdə biganəliyidir.

Onu da diqqətinizə çatdırım ki, insanın maddi çətinliklər üzündən intihar etməsi, həm Azərbaycan kimi ölkələrə xas xüsusiyyətlərdən biridir. Azərbaycan inkişaf etmiş dünya dövlətlərinə inteqrasiya yolunu tutsa da, dövlət səviyyəsində ölkədə sosialyönümlü siyasətin həyata keçirildiyi iddia olunsa da, bunu reallıqda  məmurlardan başqa heç kim hiss etmir. Çünki ölkəni öz ata malı kimi çapıb-talayan məmur çetesi insanların sosial rifah halından danışanda, yalnız özlərinin ətrafının maddi durumunu nəzərdə tutur.

Günün az qala 20 saatını işləyib, ailəsinin normal yaşamını təmin edə bilməyən atanın isə "yaşamaq istəyirəm, amma ölməyə məcburam" düşüncəsini gerçəkləşdirməkdən başqa yolu qalmır.

Yaşlı insanların, pensiya, yaxud sosial müavinat alanların da intiharının əsas səbəbi maddi-sosial dözümsüzlükdən qaynaqlanır. Azərbaycanda hər kəs gözəl bilir ki, pensiyaçıların maddi təminatı, onların heç kommunal xərclərini dərmanlara ödənişini təmin etmir. Amma dövlət rəsmiləri, məmurlar deputatlar qızarmadan yüksək tribunalardan bəyan edirlər ki, Azərbaycanda pensiyaçılar ahıl insanlar tam olaraq dövlətin qayğısı ilə əhatə olunublar. Reallıqda isə bu qayğını da deputat məmurlardan başqa heç kim görmür. Bu səbəbdən Azərbaycanda sosial müdafiəyə ehtiyacı olan insanlar Allahın ümidinə qalıblar, desək heç səhv etmiş olmarıq, çünki "görünən dağa bələdçi".

Onu da diqqətinizə çatdırım ki, Azərbaycanda intihar hallarının araşdırılması təhlili bir kimsəyə maraqlı olmasa da, dünyanın inkişaf etmiş ölkələrinin əksəriyyətində bu cür araşdırmalar təhlillər aparılır. Belə araşdırmalar barədə məqalə dərc edən "American Journal of Preventive Medicine" jurnalında qeyd olunub ki, bəzi xəstəliklər psixi problemləri olmayan insanlarda belə, intihara meyillilik riskini artırır. Yəni, təkcə psixi xəstələr yox, həm kəllə-beyin travmaları, bel ağrıları, diabet, durğun ürək çatışmazlığı, xərçəng, astma, epilepsiya, miqren, Parkinson xəstəliyi, böyrək çatışmazlığı, insult, psixogen ağrılar yuxusuzluq kimi ağır xəstəliklər intihar riskini artırır. Alimlər hesab edir ki, əgər yuxusuzluq QİÇS intihar riskini 2 dəfə artırırsa, bizim adətən ciddiyə almadığımız kəllə-beyin travmaları bu riski 9 dəfə artırır. Buna səbəb isə odur ki, bu xəstələr uzunmüddətli müalicə tələb edən, ağır xəstəliklər koteqoriyasına daxildirlər yaşlı insanlar buna davam gətirmirlər. Digər bir səbəb isə bu xəstəliyə düçar olan insanlar yaxınlarının onlar üçün əziyyət çəkdiklərini görür onları bu əziyyətdən qurtarmaq üçün son çıxış yolu kimi intiharı seçirlər. Alimlər hesab edirlər ki, bu kimi araşdırmalar intihar hallarının profilaktikası üçün çox vacibdir.

Sonda onu da diqqətinizə çatdırım ki, dünyanın ən inkişaf etmiş, demokratik azad dövlətlərindən sayılan Amerikada hər il təxminən 450 000 insan intihar edir. İntiharın ən aşağı göstəricisi isə Səudiyyə Ərəbistanında qeydə alınıb. Bu da ondan irəli gəlir ki, İSLAM intiharı ən böyük günahlardan biri sayır müsəlmanlar bütün çətinlikləri Allahın sınağı sayaraq, intihar hallarından çəkinirlər. İntiharın ən yüksək göstəricisi isə cənubi Amerikanın ən kasıb ölkələrindən sayılan Qayanada qeydə alınıb. Bu da onu deməyə əsas verir ki, bütün hallarda kasıblıq da, intihar hallarının artmasında mühüm rol oynayan əsas amillərdən biridir.

Azərbaycanda da intihar halları ildən-ilə artırsa, demək ki, insanlarımız heç məmurların deputatların dediyi kimi yaşamırlar.

Yusif Seyid

 

0.25254893302917