Lavrov taxıl dəhlizi ilə bağlı yaşıl işıq yandırdı

 

Qlobal ərzaq böhranının həlli istiqamətində atılan ən mühüm addım olan Qara dənizdəki taxıl dəhlizi ilə bağlı Rusiyadan müsbət mesaj gəldi.

Demokratikmusavat.com ” xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşündən sonra taxıl dəhlizi ilə bağlı yaşıl işıq yandırıb. "Zelenskinin göstəriş verməsi kifayətdir. Biz bundan sui-istifadə etməyəcəyik", - Lavrov deyib. 

Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu isə BMT-nin Qara dənizdəki taxıl böhranı ilə bağlı planını açıqlayıb. Bu plana əsasən Türkiyə, Rusiya və Ukrayna arasında qurula biləcək mexanizm və əməkdaşlıq daxildir. Türkiyənin bu planı məqbul saydığını deyən Çavuşoğlu Rusiya və Ukraynanın da razılaşacağı təqdirdə Türkiyənin İstanbulda görüşə ev sahibliyi edə biləcəyini bildirib.

Çavuşoğlu deyib ki, Rusiyanın Ukrayna taxıl məhsulları və günəbaxan yağının beynəlxalq bazarlara ixracı qarşısındakı maneələrin aradan qaldırılması tələbini çox düzgün hesab edirik.

Mürtəza
Demokratikmusavat.com

0.18692684173584