Təhsil Nazirliyi həyata keçirdiyi funksiyalar artırılıb.
Demokratikmusavat.com xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı fərmanla “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”də edilən dəyişiklikdə əksini tapıb.
Fərmana əsasən, Təhsil Nazirliyi təhsilverənlərin etik davranış və müəllimlərin işə qəbulu və yerdəyişməsi qaydalarını təsdiq edəcək.