Ukrayna və Rusiya 100 hərbçinin meyitini dəyişiblər

 

Ukraynanın Zaporojye vilayətində cəbhə xəttində ölən hərbçilərin meyitləri Ukrayna ilə Rusiya arasında “50-nin 50-yə” prinsipi ilə dəyişdirilib.

Demokratikmusavat.com xəbər verir ki, bu barədə Ukraynanın Reinteqrasiya Nazirliyi məlumat yayıb.

Bildirilib ki, 50 nəfərdən 37-si Mariupolun 3 aya yaxın mühasirədə qalan “Azovstal” polad zavodunu müdafiə edən hərbçilər olub.

“Ölən Ukrayna hərbçilərinin nəşlərinin qaytarılması prosesi davam edir”, - qurum vurğulayıb.

0.18316006660461