Ermənistanın paytaxtı İrəvandakı Zvartnots hava limanı naməlum şəxslər tərəfindən minalanıb.
“Demokratikmusavat.com ” xəbər verir ki, Hadisə yerinə istehkamçılar, yanğınsöndürənlər və böhrana cavab mərkəzinin operativ qrupunun cəlb olunduğu bildirilib.
Qeyd edek ki, Lavrov İrəvana Ankarada Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşdən sonra gəlib.
Cümə axşamı Lavrovun erməni həmkarı Ararat Mirzoyanla danışıqları, Ermənistanın baş naziri və prezidenti ilə görüşləri nəzərdə tutulub. Cümə günü Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edəcək.
Mürtəza
Demokratikmusavat.com