20 məktəbin İnkişaf Planı hazırlanıb

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsi Təlimə Dəstək Mərkəzi  tərəfindən 2021-2022-ci tədris ilində 20 məktəbin İnkişaf Planı hazırlanıb.

Bu barədə Demokratikmusavat.com -a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

İnkişaf Planı hazırlanan məktəblərin kollektivləri ilə görüşlər keçirilib. Görüşlərdə TDM-in metodistləri məktəblərdəki real vəziyyətlə tanış olmaq üçün dərs müşahidələri aparıb, təlim-tərbiyə prosesinin inkişafına yaxından dəstək göstərmək məqsədilə məktəb kollektivi ilə müzakirələr təşkil ediblər.
Qeyd edək ki, inkişaf planlarının hazırlanması növbəti mərhələlərdə digər məktəblərdə də davam etdiriləcək.

0.17045593261719