Sülh sazişi ilə bağlı erməni politoloqdan SENSASİON ETİRAFLAR

 

“Müxalifətin Azərbaycanla gözlənilən sülh müqaviləsi fonunda böyük hərəkata başlayacağını və bununla da hakimiyyəti istefaya nail olacağı versiyasını əsas götürsək, o zaman indidən deyə bilərik ki, qarşıya qoyulan hədəfə yaxınlaşmaq mümkün olmadı”.

Demokratikmusavat.comxəbər verir ki, bunu “Sputnik Ermənistan”a müsahibəsində İrəvan Dövlət Universitetinin  Beynəlxalq Münasibətlər fakültəsinin Siyasi institutlar və proseslər kafedrasının müdiri, politoloq Qarik Keryan deyib .

Keryanın fikrincə, siyasi böhranın geridə qaldığını, müxalifətin silahı yerə qoyduğunu söyləmək də tezdir.

“Hakimiyyətlə müxalifət arasında vakuum yaranıb. Hakimiyyət etiraz fəallığının azaldığını bəyan edə bilmir, müxalifət isə hələ ki rəhbərliyi istefaya məcbur etmək üçün kritik kütlə toplaya bilməyib. Artıq zaman hakimiyyətin xeyrinə işləyir. Müxalifət Bakı ilə imzalanması planlaşdırılan sazişin konkret bəndləri dərc edilməmişdən əvvəl hərəkətə keçməklə ciddi səhvə yol verdi”, - o qeyd edib.

Politoloq onu da əlavə edib ki, hakimiyyət hələ də hiyləgər manevr edir, imzalanması planlaşdırılan sazişin məzmunu açıqlanmır. 

“Hələlik yalnız fraqmentli məlumatlar, danışıqlarla bağlı şərhlər verir”, - Keryan bildirib.

Müxalifətin uğursuzluğuna gəldikdə isə politoloq bilirib ki, müxalifətin küçələrdə səsləndirdiyi populist bəyanatlar, mahnılar, şeirlər, Ermənistanın türkləşməsinə qarşı çağırışlar effekt vermədi.

“Digər tərəfdən əvvəlki hakimiyyət nümayəndələrinin, o cümlədən eks-prezident Robert Köçəryanın hərəkatda iştirak faktı özü mənfi rol oynayıb”.

Paşinyanın hakimiyyətə gəliş prosesinə toxunan politoloq deyib ki, 2018-ci il inqilabı təəssüratı altında hələ də çox adam var: “O, (yəni Paşinyan-red) heç bir şəkildə Qarabağa, milli maraqlara həsr olunmuş şüarlarla qalib gəlmədi. Korrupsiyaya qarşı mübarizə bayrağını qaldırmaqla qalib gəldi, aydın sosial yönümlü məsələləri qaldırmaqla gəldi. İnsanlar bir və eyni siyasi qüvvənin uzun illər rəhbərliyindən beziblər”, - deyə politoloq bildirib.

O əlavə edib ki, indi cəmi bir neçə il əvvəl “məxməri inqilab”ı dəstəkləyən insanlardan devirməyə kömək etdikləri qüvvələrin tərəfini tutmağı tələb etmək çətindir.

Keryan onu da qeyd edib ki, Ermənistanda hər 10 ildən bir ciddi sarsıntılar yaşanır: “1998, 2008, 2018-ci illərdə baş verən hadisələrə diqqət edin. Fasilələrdə ciddi partlayışlar olub, lakin ictimai narazılıq pik həddə çatmadığından ciddi dəyişikliklərə səbəb olmayıb”.

Mürtəza
Demokratikmusavat.com

0.16690993309021