Ukrayna böhranı, iqlim dəyişikliyi ilə mübarizə, koronavirus pandemiyası beynəlxalq aləmi yaxın aylarda sınaqdan keçirəcək.
Demokratikmusavat.com xəbər verir ki, bunu BMT baş katibi Antoniu Quterreş Baş Assambleyanın iclasında deyib.
"Dünya indi təhlükə ilə üz-üzədir. Ukraynadakı müharibədən iqlim dəyişikliyi böhranının dərinləşən təsirinə, pandemiyadan humanitar ehtiyaclara, aclıq və yoxsulluğa qədər, qarşıdan gələn aylar beynəlxalq sistemi sınaqdan keçirəcək", - Quterreş bildirib.
Onun sözlərinə görə, BMT Baş Assambleyası dünya birliyinin fəaliyyətində mərkəzi yer tutur.