“Wprost” jurnalı: Şoltsla Makron Putini xilas edir  

 

Polşanın “Wprost” jurnalı Ukraynadakı müharibə ilə bağlı Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı aparan Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şoltsun son sayının üz qabığında yer alıb. 

Demokratikmusavat.com ” xəbər verir ki, jurnalın yeni buraxılış nömrəsi Rusiyanın Ukraynaya qarşı müharibəsinə həsr olunub.

Onlar nəşrdə üz qabığının mənasını açıqlayıblar: “Şolts və Makron Putinin üzünü xilas edir”.

Üz qabığında telefonun bir tərəfində Şolz və Makron, digər tərəfində isə qan simvolu olan qırmızı mayedə vanna qəbul edən Putin təsvir edilib.

Putinin fevralın 24-də Rusiyanın Ukraynaya müdaxiləsini elan etməsindən sonra Makron və Şolts dəfələrlə Kreml rəhbəri ilə ayrı-ayrılıqda danışıblar, mayın 28-də isə Makron və Şolts birlikdə Putinlə 80 dəqiqəlik söhbət ediblər. Onu Ukraynadan qoşunları çıxarmağa, taxıl ixracı üçün Qara dənizi açmağa və prezident Vladimir Zelenski ilə danışıqlar aparmağa və  Azovstalın müdafiəçilərini azad etməyə inandırmağa çalışıblar. Eyni zamanda, Şolts və Makron “Rusiya prezidentinin əsir düşmüş döyüşçülərlə beynəlxalq humanitar hüquq normalarına uyğun davranmağa sadiqliyini müsbət qiymətləndiriblər”.

Putin isə cavab olaraq Ukraynanın Qərb silahları ilə təmin etməkdə davam edilməsinin təhlükəli xarakter almaqda ittiham edib. O Qara dəniz limanlarından Ukrayna taxılının ixracı da daxil olmaqla, taxılın maneəsiz ixracı üçün variantların tapılması təklifinə  gəldikdə növbəti dəfə bunun yalnız Rusiyaya tətbiq edilən sanksiyaların ləğvi müqabilində mümkün olduğunu  qeyd edib.

Şolts və Makronun Putinlə danışıqları nəinki bir çox Qərb dairələrində, o cümlədən  Avropa İttifaqında tənqidlərə səbəb olub.

Mürtəza
Demokratikmusavat.com

0.14205694198608