"Putin görsə ki, Ukraynada  məğlub olur, bunu edəcək" - Putinin keçmiş dostu

 

Günün birində Putin ABŞ prezidenti Co Baydenə zəng edib Zelenski ilə sülh müqaviləsi imzalamağa hazır olduğunu bəyan edə bilər və bu istisna deyil.

Demokratikmusavat.com ” xəbər verir ki, bunu Vladimir  Putinin keçmiş dostu Sergey Puqaçev Dmitriy Qordona müsahibəsində deyib.

Onun sözlərinə görə, Putin görsə ki, Ukraynada  məğlub olur, bunu edəcək. “Putin sülh müqaviləsi imzalamağa hazır olacaq... Bunu hətta Rus xalqına qələbə kimi təqdim edib, qələbə paradı da keçirə bilər. Putin solovyovların, kiselyovların əli ilə media vasitəsi ilə edəcək.  Bununla da Ukraynadakı məğlubiyyətini  ört-basdır edə bilər”- Puqaçev qeyd edib.

O əlavə edib ki, Putin hətta əlində saxladığı Donbasdan imtina edə bilər: “Bəhanə gətirər ki, orada kömür var deyirdilər. O da yoxdur. Əksinə hər yer minalanıb və ərazilərin minalardan təmizlənməsi üçün milyardlarla dollar lazımdır”.

Bu məğlubiyyət Putin üçün bir fəlakət olmazmı sualına  cavab olaraq Puqaçev deyib ki, onun məqsədi yaşamaqdır. “Putin bir siyasətçi kimi çoxdan ölüb və o yoxdur”- o bildirib.  

Putini kimə əvəzləyə bilər sualına gəldikdə Puqaçev deyib ki, onun daxildə xeyli sayda rəqibi var və onlar startda dayanıblar: “Lazım gələndə onlar Putini satmağa da hazır vəziyyətdədirlər.  

Amma ən real namizəd kimi bu gün  ortada  görünüən Patruşevdir. Hansı ki, bunu rus mediasından da görmək olar.  Güc strukturları ona dəstək verə bilər... Çünki onlar hamısı eyni gəmidədirlər. Bu Rusiyada yeni lider axtarışında olanlardan asılı olacaq”.

Navalnıya gəldikdə isə Puqaçev hesab edir ki, Rusiyanın bügünkü reallığı onun prezident olmasına imkan vermir: “O savadlı siyasətçi olsa da, ölkə başçısı ola bilməz. Qərbdə ola bilər. Amma Rusiya cəmiyyətində yox. Çünki o heç bir dövlət vəzifəsində çalışmayıb, təcrübəsi yox, deputat və ya nazir olmayıb. Rusiya cəmiyyətinin reallığı tamamilə fərqlidir”. 


Mürtəza

Demokratikmusavat.com
 

 

0.14097309112549