Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanla görüşüb.
Demokratikmusavat.com xəbər verir ki, bu barədə Hikmət Hacıyev tviter hesabında yazıb.
“Bu gün Ağ Evdə ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivanla Azərbaycan-ABŞ tərəfdaşlığı və regional məsələlərlə bağlı səmərəli və mehriban söhbətim oldu”, - Hikmət Hacıyev sosial şəbəkə hesabında yazıb.
Today at @WhiteHouse I had fruitful and friendly conversation with ??National Security Advisor @jakejsullivan on Azerbaijan-United States partnership and regional issues. pic.twitter.com/HpWMazUTbp
— Hikmet Hajiyev (@HikmetHajiyev) June 6, 2022