İsrailin “Ynet” saytı son günlər Nətənz nüvə obyektində çalışan daha bir nüvə mütəxəssisi Kamran Mollapurun şübhəli şəkildə ölümü barədə məlumat yayıb.
Demokratikmusavat.com axar.az-a istinadən xəbər verir ki, saytın məlumatına görə, Mollapurun ölümü də mayın 30-da, yəni Eyyub İntizarinin Yəzd, Əli İsmayılzadənin isə Kərəc şəhərlərindəki ölümü ilə eyni vaxtda baş verib.
İsrail ordusunun Araşdırma Birliyinin İran bölməsinin keçmiş rəisi Denis Citrinoviç “Ynet”ə açıqlamasında bildirib ki, son vaxtlar İranda baş verən şübhəli ölümlərin vaxtı maraqlıdır və bu, onların təsadüfi olmasını şübhə altına alır.
Qeyd edək ki, İzə şəhər sakini Mollapur nüvə üzrə doktorluq dərəcəsi almış mütəxəssislərdən biri olub və hökumət rəsmiləri onun ölüm səbəbi kimi ailəsinə Nətənz nüvə təsisatında baş verən bədbəxt hadisəni göstəriblər.