Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev respublikadan qanunsuz yollarla çıxarılan aktivlərin qaytarılması ilə məşğul olacaq idarələrarası komissiyanın yaradılması haqqında fərman imzalayıb.
Demokratikmusavat.com xəbər verir ki, bu barədə bazar günü dövlət başçısının mətbuat xidməti məlumat yayıb.
“Prezident Kasım-Jomart Tokayevin fərmanı ilə Qazaxıstan vətəndaşlarının xaricə qanunsuz çıxardıqları vəsaitlərin qaytarılması üzrə kompleks işlərin aparılması üçün Baş prokurorun rəhbərlik etdiyi idarələrarası komissiya yaradılıb”, - məlumatda bildirilib.
Mətbuat xidməti onu da qeyd edib ki, prezident komissiyanın fəaliyyətinə şəxsən nəzarət etmək niyyətindədir.