Oğurlanmış avtomobilini tapdığına görə PEŞMAN OLDU: "Əl-ayağım titrədi" - FOTO

 

İzmirin Buca rayonunda gecə yarısı oğurlanmış avtomobil bir neçə gün sonra parça-parça tapılıb.

Demokratikmusavat.com xəbər verir ki, bu barədə "Son Dakika" məlumat yayıb.

Bildirilib ki, iki uşaq atası Mutlu Filiz evinin yerləşdiyi küçədə park etdiyi avtomobili gecə saatlarında oğurlanıb. Səhər bazara getmək üçün evdən çıxarkən vəziyyəti anlayan Filiz dərhal polisə müraciət edib. Polislər şübhəlinin şəxsiyyətini təyin etsə də, avtomobil tapa bilməyiblər.

İki gün sonra oğurlanmış avtomobilin skeleti Gediz rayonundakı küçələrin birində tapılıb. Onun şassi nömrəsindən oğurlanmış avtomobil olduğu müəyyən edilib.

"Bu halı görəndə çox təəccübləndim. Əllərim-ayaqlarım titrədi. Maşını tapdığım üçün peşman oldum. Kaş ki, belə görməsəydim", - deyə Mutlu Filiz bildirib.(publika.az)

Bədbəxt adam oğurladığı avtomobili tapdığına görə peşman olub: Əl-ayağım titrədi

0.14258909225464