Lavrova görə hava məkanını bağladılar

 

Rusiya xarici işlər naziri Sergey Lavrovun 6-7 iyun tarixlərində Serbiyaya planlaşdırılan səfəri baş tutmaya bilər.

Demokratikmusavat.com xəbər verir ki, bu barədə Serbiyanın mətbuatı məlumat yayıb.

Buna səbəb Bolqarıstan, Şimali Makedoniya və Monteneqronun hava məkanlarını Rusiya xarici işlər naziri Sergey Lavrovun təyyarəsi üçün bağlamasıdır.

Serbiya Baş naziri Anna Brnabiç deyib ki, Sergey Lavrovun səfəri ilə bağlı xüsusi mürəkkəb vəziyyət yaranıb. Baş nazir hazırda Prezident Aleksandr Vuçiçin Rusiya xarici işlər nazirinin səfəri üzərində çalışdığını, Rusiya, ABŞ, Almaniya və Avropa İttifaqının nümayəndələri ilə danışıqlar apardığını yazıb.

0.18477892875671